Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
35 yaşlı Qəbələ sakini intihar edib.
Qəbələ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bazar ertəsi saat 22:00 radələrində rayonun Mamaylı kənd sakini Cəlaləddin Əhmədov sərxoş vəziyyətdə ov tüfəngi ilə özünü başından vurub və yerindəcə keçinib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb.