...

Bakıda bir ailənin üzvləri vəhşicəsinə qətlə yetirilib

Hadisə Materials 11 Yanvar 2011 10:47 (UTC +04:00)
Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gecə saat 04:00 radələrində Şirin Mirzəyev küçəsi, 70 saylı evin 30-cu mənzilində yaşayan 37 yaşlıMehrəliyev Rövşən Qəribxan oğlu aralarında baş verən mübahisə zəminində mətbəx bıçağı ilə anası Elmira Mehrəliyevaya, arvadı Lalə Mehrəliyevaya, iki azyaşlı uşaqları Səidə və İlhama bıçaqla bir neçə xəsarət yetirərək öldürüb.
Bakıda bir ailənin üzvləri vəhşicəsinə qətlə yetirilib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Nizami rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gecə saat 04:00 radələrində Şirin Mirzəyev küçəsi, 70 saylı evin 30-cu mənzilində yaşayan 37 yaşlı Mehrəliyev Rövşən Qəribxan oğlu aralarında baş verən mübahisə zəminində mətbəx bıçağı ilə anası Elmira Mehrəliyevaya, arvadı Lalə Mehrəliyevaya, iki azyaşlı uşaqları Səidə və İlhama bıçaqla bir neçə xəsarət yetirərək öldürüb.

Hadisə zamanı evdən qaçan 8 yaşlı Nuranə bu barədə qonşulara xəbər verib və qonşular polisi məlumatlandırıb.

Hadisə yerinə gələn polis əməkdaşları Mehrəliyevi saxlayıb.

Mehrəliyev özünə də bir neçə bıçaq xəsarəti yetirib. Yaralı dərhal 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Onun işsiz və Qarabağ müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı AR CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti