...

Ötən il Bakıda yol qəzalarında 288 nəfər ölüb, 1001 nəfər yaralanıb

Hadisə Materials 15 Yanvar 2011 12:38 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun şənbə günü Trend-ə bildirdiyinə görə, qəzalarda 288 nəfər həlak olub, 1 001 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ötən il Bakıda yol qəzalarında 288 nəfər ölüb, 1001 nəfər yaralanıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir K. Zərbalıyeva/

Ötən il Bakıda 1 010 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun şənbə günü Trend-ə bildirdiyinə görə, qəzalarda 288 nəfər həlak olub, 1 001 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Əsədovun sözlərinə görə, 2009-cu illə müqayisədə ötən il 33 yol qəzası, 94 xəsarət faktı azalıb, ölüm halları stabil qalıb. Onun sözlərinə görə, qəzalar zamanı xəsarətlərin dərəcəsi də yüngülləşib.

Hadisələrin 51,7 faizi sürət həddinin aşılması səbəbindən baş verib. Bu səbəbdən baş verən 522 hadisə zamanı 191 nəfər ölüb, 442 nəfər xəsarət alıb.

Hadisələrin 196-sı ötmə qaydalarının pozulması (59 ölüm, 251 xəsarət), 69-u yol ayrıcını keçmə qaydalarının pozulması (5 ölüm, 80 yaralı), 313-ü toqquşma (74 ölüm, 396 xəsarət), 100-ü maneə vurma (40 ölüm, 111 xəsarət), 23-ü aşma (14 ölüm, 23 xəsarət) olub.

Əsədovun sözlərinə görə, Bakıda baş verən qəzaların 226-sı Heydər Əliyev, Ziya Bünyadov, Babək, Qara Qarayev və Nobel prospektlərində qeydə alınıb.

Həmin prospektlərdə baş verən qəzalarda 55 nəfər ölüb, 222 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti