...

Azərbaycanda bankdan saxta yolla külli miqdarda pul götürülməsi faktı aşkarlanıb

Hadisə Materials 15 Yanvar 2011 14:18 (UTC +04:00)
Azərbaycanda bankdan saxta yolla külli miqdarda pul götürülməsi faktı aşkarlanıb.
Azərbaycanda bankdan saxta yolla külli miqdarda pul götürülməsi faktı aşkarlanıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Azərbaycanda bankdan saxta yolla külli miqdarda pul götürülməsi faktı aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 14-də Bakı şəhər sakini Emin Həsənovun saxta sənəd təqdim etməklə "Dəmir Bank" ASC-dən 75 000 manat pul alması müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti