...

Bakının mərkəzində nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb

Hadisə Materials 3 Fevral 2011 15:27 (UTC +04:00)
Bakının mərkəzində yolun çökməsi nəticəsində nəqliyyatın hərəkəti ilə bağlı yaranan problem aradan qaldırılıb.
Bakının mərkəzində  nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində yolun çökməsi nəticəsində nəqliyyatın hərəkəti ilə bağlı yaranan problem aradan qaldırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində avtomobil yolu çöküb, nəticədə nəqliyyatın hərəkətində problem yaranıb.

Əsədov bildirib ki, hadisə zamanı yolda müvəqqəti tıxac yaranıb. Əraziyə cəlb edilən əlaqədar qurumların köməyi ilə nəqliyyatın hərəkəti bərpa olunub.

Həmin ərazinin yaxınlığında yeraltı piyada keçidinin tikintisi üzrə iş aparılır və yolun çökməsi də bununla əlaqələndirilir.

Xəbər lenti

Xəbər lenti