Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Böyük Britaniya vətəndaşını bıçaqla hədələyərək pulunu alan qadından narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 7-də Böyük Britaniya vətəndaşı Penikate Mairi Tomu bıçaqla hədələyərək ondan 200 manat pul aldığına görə tutulmuş Aynur Şahverdiyevadan 0,181 qram heroin götürülüb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahverdiyevaya narkotik vasitəni satmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Həsənov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.