...

Azərbaycandan İrana qaçaqmal yolu ilə siqaret keçirmək istəyən şəxs saxlanılıb

Hadisə Materials 16 Fevral 2011 15:50 (UTC +04:00)
İranın Germi sərhəd polis qüvvələri Azərbaycan ilə sərhəddə siqaret qaçaqmalçılığına qarşı hәyata keçirdiyi әmәliyyatda bir nəfəri həbs edib.
Azərbaycandan İrana qaçaqmal yolu ilə siqaret keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Germi sərhəd polis qüvvələri Azərbaycan ilə sərhəddə siqaret qaçaqmalçılığına qarşı hәyata keçirdiyi әmәliyyatda bir nəfəri həbs edib. Bu barədə Trend İranın FARS agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həbs edilmiş şəxs 400 qutu xarici markalı siqareti atlara yükləyərək Azərbaycan sərhədindən İrana keçərkən saxlanılıb. Qaçaqmalçılar iki nəfər olsa da, onlardan biri qaça bilib.

Polis 400 qutu qaçaq siqareti müsadirə edib. Məlumatda həbs edilmiş şəxsin hansı ölkənin vətəndaşı olduğu göstərilməyib.

Məlumatda İranın Biləsuvar sərhəd polisinin də Azərbaycandan İrana spirtli içki qaçaqmalçılığı ilə məşğul olan iki nəfəri həbs etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti