...

Bakıda mağazadan külli miqdarda pul oğurlayan dəstə zərərsizləşdirilib

Hadisə Materials 7 Mart 2011 11:33 (UTC +04:00)
Bakıda mağazadan külli miqdarda pul oğurlayan dəstə zərərsizləşdirib
Bakıda mağazadan külli miqdarda pul oğurlayan dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mağazadan külli miqdarda pul oğurlayan dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə bildiriblər ki, 2010-cu ilin oktyabr və dekabr aylarında Sahil qəsəbə sakini Abubəkir Ağayevə məxsus mağazadan 7000 manat dəyərində geyim əşyaları mağazaya alıcı qismində gələn müştərilər tərəfindən oğurlanıb.

Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Yevlax rayon sakinləri Mahir Mustafayev, İmperial Seyidova və əvvəllər məhkum olunmuş Zoya Dərvişi tutulublar.

Xəbər lenti

Xəbər lenti