...

Tbilisidə partlayış nəticəsində üç nəfər yaralanıb

Hadisə Materials 8 Mart 2011 10:39 (UTC +04:00)
Tbilisidə limonad istehsalı sexində partlayış nəticəsində üç nəfər xəsarət alıb.
Tbilisidə partlayış nəticəsində üç nəfər yaralanıb

Gürcüstan, Tbilisi, 8 mart /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə limonad istehsalı sexində partlayış nəticəsində üç nəfər xəsarət alıb. Trend-ə şəhər fövqəladə hallar xidmətindən verilən məlumata görə, partlayış bu gün gecə TEVZ qəsəbəsində baş verib.

İlkin məlumatlara görə, texnoloji əməliyyat keçirilən zaman kislorod balonu partlayıb.

Xəsatət alan iki nəfər dərhal xəstəxanaya çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir. Digərinə isə hadisə yerində yardım göstərilib.

Hazırda "Çarskaya 7" MMC-nin sexində partlayışın səbəblərini müəyyənləşdirən kriminalistlər işləyir.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, partlayış çox güclü olub və əhali arasında çaxnaşma yaradıb.

Xəbər lenti

Xəbər lenti