...

Azərbaycanda məhkuma alt paltarında narkotik vasitə keçirmək istəyən şəxs tutulub

Hadisə Materials 5 Aprel 2011 17:03 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Azərbaycanda məhkuma alt paltarında narkotik vasitə keçirmək istəyən şəxs tutulub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkuma alt paltarında narkotik vasitə keçirmək istəyən şəxs tutulub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 33 yaşlı Kələntərov Fuad Azad oğlunun yanına qısamüddətli görüşə gəlmiş qohumu N.Hənifəyevin üzərinə baxış keçirilən zaman alt tumanının içindən narkotik maddələr - xalis çəkiləri 5,150 qram tiryək və 56,198 qram heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Kələntərov Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.4), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1; 234.4.2; 234.4.3 ), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.2) maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti