...

Bakıda azyaşlılarla bağlı qeydə alınan yol nəqliyyat hadisələrinin sayı artıb

Hadisə Materials 13 Aprel 2011 16:12 (UTC +04:00)
Bakıda bu ilin 3 ayında azyaşlılarla bağlı qeydə alınan yol nəqliyyat hadisələrinin sayı artıb.
Bakıda azyaşlılarla bağlı qeydə alınan yol nəqliyyat hadisələrinin sayı artıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu ilin 3 ayında azyaşlılarla bağlı qeydə alınan yol nəqliyyat hadisələrinin sayı artıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yanvar-mart aylarında paytaxtda azyaşlılarla bağlı 32 yol qəzası qeydə alınıb, nəticədə 6 uşaq ölüb, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 hadisə, 1 ölüm, 1 yaralı çoxdur.

Əsədov bildirib ki, məktəbəqədər uşaqlarla bağlı 6 hadisə zamanı 1 uşaq ölüb, 6-sı xəsarət alıb.

6 yaşdan yuxarı uşaqlarla bağlı 26 yol qəzasında 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Bölmə rəisi uşaqlarla bağlı qəzaların artmasından narahatlığını bildirib, valideynləri, müəllimləri, yol polisi əməkdaşlarını və hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb.

Hesabat dövründə Bakıda 352 yol qəzası nəticəsində 82 nəfər ölüb, 362 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti