...

Xəzərin Azərbaycan hissəsində balıqçılar itkin düşüb

Hadisə Materials 22 Aprel 2011 13:35 (UTC +04:00)
Xəzərin Azərbaycan hissəsində balıqçılar itkin düşüb.
Xəzərin Azərbaycan hissəsində balıqçılar itkin düşüb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Xəzərin Azərbaycan hissəsində balıqçılar itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyə Şabran rayonu ərazisində dənizdə avarlı qayıqla balıq tutan 2 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-in dalğıc-xilasediciləri axtarış-xilasetmə işləri aparmaq üçün hadisə yerinə cəlb ediliblər.

Bir neçə gün öncə H. Z.Tağıyev qəsəbəsi ərazisində, sahildən 10 km aralıda dənizdə balıqçı qayığı çevrilib.

Aprelin 21-də günün müxtəlif saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, sahildən 3 km aralıda 1989-cu il təvəllüdlü Bəylər Mövlanverdi oğlu Hətəmov və 1980-cı il təvəllüdlü Pavel Viktoroviç Vasilyevin cəsədləri suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda hadisə zamanı qayıqda olduğu ehtimal olunan iki nəfərin axtarışı isə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti