Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/
Samur-Abşeron kanalında batan 51 yaşlı kişinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, kanalın Quba rayonu Hacı-Hüseynli kəndi ərazisindən keçən hissəsində batmış 1960-cı il təvəllüdlü Nurulla Ağakərim oğlu Əzizovun axtarışları başa çatdırılıb.
Əzizovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.