...

Astronomlar Günəş tutulmasının Azərbaycana təsirindən danışıblar

Hadisə Materials 31 May 2011 14:33 (UTC +04:00)
İyunun 1-dən 2-nə keçən saat 01:17-də Günəş qismən tutulacaq. Bunu çərşənbə axşamı Trend-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.
Astronomlar Günəş tutulmasının Azərbaycana təsirindən danışıblar

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

İyunun 1-dən 2-nə keçən saat 01:17-də Günəş qismən tutulacaq. Bunu çərşənbə axşamı Trend-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, Günəş tutulması Azərbaycanda müşahidə edilməyəcək. Bu astroloji hadisə əsasən qütbə yaxın olan ölkələrdə müşahidə edilə bilər.

Quliyev deyib ki, Günəş tutulması təhlükəli astroloji hadisə deyil. Buna görə bu hadisənin Azərbaycana təsiri də olmayacaq.

Rəsədxana direktorunun sözlərinə görə, bu, il ərzində baş verən ikinci Günəş tutulmasıdır. Bu il ilk Günəş tutulması yanvarın 4-də baş verib.

İyunun 15-də tam Ay tutulması, noyabrın 25-də qismən Günəş tutulması, dekabrın 10-da tam Ay tutulması olacaq.

Günəş tutulduqda Ay onu örtür. Tam tutulmada Günəşin xromosfer və tac hissəsinin müşahidəsi üçün əlverişli şərait yaranır. Bu, ən çoxu 7 dəq, əksər hallarda isə 1-2 dəq davam edir.

Xəbər lenti

Xəbər lenti