...

Bakıda saxta polislər "iş başında" yaxalandı

Hadisə Materials 4 İyun 2011 11:43 (UTC +04:00)
Gədəbəy və Tərtər sakinləri özlərini polis kimi təqdim edərək vətəndaşların avtomobillərində axtarış aparmağa cəhd ediblər.
Bakıda saxta polislər "iş başında" yaxalandı

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bakıda saxta polislər "iş başında" yaxalanıb.

Gədəbəy və Tərtər sakinləri özlərini polis kimi təqdim edərək vətəndaşların avtomobillərində axtarış aparmağa cəhd ediblər. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

İyunun 3-də Avtovağzal ərazisində Gədəbəy rayon sakini Arzuman Ələkbərov və Tərtər rayon sakini Sadiq Kərimov özlərini polis əməkdaşı kimi təqdim edərək Bakı şəhər sakinləri Cəlal Kərimlinin idarə etdiyi "VAZ-21099" markalı və Seymur Rəhimovun idarə etdiyi "Opel" markalı avtomobillərdə axtarış apararkən Binəqədi RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 40-cı polis bölməsinə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti