...

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı cinayət isi başlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 İyun 2011 19:16 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət isi başlanıb.
Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı cinayət isi başlanıb (ƏLAVƏ OLUNUB)

Respublika Prokurorluğunun məlumatı əlavə olunub (ilk xəbər saat 16:46-da yayılıb)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət isi başlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Respublika Prokurorluğunun yaydığı məlumatda deyilir ki, Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə 5 may 2011-ci il tarixdə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək alıb, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməyib və s. qanunsuzluqlara yol verib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti