...

Yerevanda atışma olub

Hadisə Materials 14 İyun 2011 16:01 (UTC +04:00)
Çərşənbə axşamı Yerevanda "Qaregin Njde" metrostansiyasının yaxınlığında atışma baş verib.
Yerevanda atışma olub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Çərşənbə axşamı Yerevanda "Qaregin Njde" metrostansiyasının yaxınlığında atışma baş verib. Odlu silahdan atəş açan polislər silahlı adamı zərərsizləşdirə biliblər. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyinə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Armen Malxasyan məlumat verib.

"Hazırda o, "Yerebuni" tibb mərkəzindədir. Hadisənin baş verdiyi şərait araşdırılır", - Malxasyan bildirib.

Onun sözlərinə görə, insident nəticəsində başqa yaralanan olmayıb.

Xəbər lenti

Xəbər lenti