...

İranın cənubunda zəlzələ baş verib

Hadisə Materials 15 İyun 2011 14:43 (UTC +04:00)
Bu gün səhər İranın cənub regionunda - Hörmuzgan və Kirman əyalətlərində Rixter cədvəli üzrə 4,2 və 5,3 bal gücündə iki zəlzələ baş verib.
İranın cənubunda zəlzələ baş verib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Bu gün səhər İranın cənub regionunda - Hörmuzgan və Kirman əyalətlərində Rixter cədvəli üzrə 4,2 və 5,3 bal gücündə iki zəlzələ baş verib. Bu barədə Trend IRNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 05:35-də və 06:30-da baş verdiyini bildirib. Zəlzələ nəticəsində xəsarət alan olmayıb.

Ümumiyyətlə, İranda tez-tez zəlzələ baş verir. Yanvarın 5-də İranın Fars əyalətinin Ərdəkan (Sepidan) şəhərində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində Fars əyalətinin 17 kəndində evlər dağılmışdı. Məlumata əsasən, evlərin bəziləri tamamilə uçub. Hadisə nəticəsində 18 nəfər yaralanıb. Dağıntılar altında yaralıların və ya ölənlərin axtarışı davam etdirilir. Bundan başqa, dekabrın 20-də İranın Kirman əyalətinin Fəhroc şəhərində Rixter cədvəli üzrə 6,5 bal gücündə zəlzələ baş vermişdi. Hadisə nəticəsində 7 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Zəlzələ nəticəsində Kirman əyalətinin 2950-dən çox kəndində evlərə ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti