...

Bakıda 29 yaşlı kişi naməlum şəxs tərəfindən öldürülüb

Hadisə Materials 6 İyul 2011 10:24 (UTC +04:00)
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayinun Əhmədbəy Ağayev küçəsində, "Çanaqqala" restoranının yaxınlığında Təmkin Allahverdiyev naməlum şəxsin hücumuna məruz qalıb.
Bakıda 29 yaşlı kişi naməlum şəxs tərəfindən öldürülüb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 29 yaşlı kişi naməlum şəxs tərəfindən öldürülüb.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayinun Əhmədbəy Ağayev küçəsində, "Çanaqqala" restoranının yaxınlığında Təmkin Allahverdiyev naməlum şəxsin hücumuna məruz qalıb.

Bıçaq xəsarətləri alan Allahverdiyev 5 saylı Klinik Xəstəxanaya gətirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prikurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma (126.3-cü) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyənləşdirilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti