...

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsi ISAF ilə müqavilə üzrə işləyirdi - beynəlxalq koalisiyanın nümayəndəsi

Hadisə Materials 6 İyul 2011 12:32 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğrayan "Silk Way" aviaşirkətinə məxsus Azərbaycanın yük təyyarəsi NATO-ya məxsus olmayıb, beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsi ISAF ilə müqavilə üzrə işləyirdi - beynəlxalq koalisiyanın nümayəndəsi

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Y.Ostapenko/

Əfqanıstanda qəzaya uğrayan "Silk Way" aviaşirkətinə məxsus Azərbaycanın yük təyyarəsi NATO-ya məxsus olmayıb, beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib. Bu barədə çərşənbə günü Trend-ə ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms bildirib.

İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 ekipaj üzvü olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mülki Aviasiya Administrasiyası məlumat verib.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

"Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-ə məlumat verib ki, hərəkat Azərbaycanın nəqliyyat təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürür. Məlumatı "Fars" agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti