...

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin hissələri tapılıb - TV

Hadisə Materials 6 İyul 2011 13:51 (UTC +04:00)
Kabildən təxminən 50 kilometr şimalda qəzaya uğrayan Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinin yük təyyarəsinin hissələri Pərvan əyalətinin Siyah Gərd rayonunda aşkar edilib.
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin hissələri tapılıb - TV

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Çərşənbə axşamı gecə Kabildən təxminən 50 kilometr şimalda qəzaya uğrayan Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinin yük təyyarəsinin hissələri Pərvan əyalətinin Siyah Gərd rayonunda aşkar edilib. Bu barədə RİA Novosti Əfqanıstan telekanalına istinadən məlumat verib.

Əyalət administrasiyası nümayəndələrinin məlumatına görə, təyyarə təxminən yerli vaxtla saat 22:30-da qəzaya uğrayıb və demək olar ki, tamamilə yanan təyyarə təxminən 10-20 hissəyə parçalanıb. Polis təyyarənin dağa çırpılaraq düşdüyü rayonda hələlik kimə məxsus olduğunu söyləmək mümkün olmayan yanmış əl-ayaq aşkar edib.

Əfqanıstan telekanalının məlumatına görə, təyyarə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) üçün yanacaq yükü ilə uçurdu.

Xəbər lenti

Xəbər lenti