...

Bakıda Qız Qalasında gənc qızın intihar cəhdinin qarşısı alınıb

Hadisə Materials 7 İyul 2011 17:25 (UTC +04:00)
Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən Trend-ə verilən məlumata görə, 25 yaşlı qız qaladan özünü atmaq istəyib.
Bakıda Qız Qalasında gənc qızın intihar cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Qız Qalasında intihara cəhdin qarşısı alınıb.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən Trend-ə verilən məlumata görə, 25 yaşlı qız qaladan özünü atmaq istəyib.

Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Qızla söhbətdən sonra onu qaladan düşürmək mümkün olub.

Bölmədən bildirilib ki, qızın şəxsiyyəti müəyyənləşdirilir.

Şahidlər qızın bu hərəkətinin onun sevdiyi oğlandan ayrılması ilə əlaqəli olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti