...

Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub

Hadisə Materials 14 İyul 2011 10:50 (UTC +04:00)
Bakının Qaradağ rayonu ərazisində yerləşən Binə Ticarət Mərkəzində silahlı basqın olub.
Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

Bakının Qaradağ rayonu ərazisində yerləşən Binə Ticarət Mərkəzində silahlı basqın olub. Trend-in Qaradağ rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər öldürülüb, külli miqdarda pul oğurlanıb.

Maskalı şəxslər ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edərək məntəqənin işçisini qətlə yetiriblər və oradan külli miqdarda pul götürərək hadisə yerindən qaçıblar.

Hazırda hadisə yerində Bakı şəhər Baş Polis İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin əməliyyat qrupu araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti