...

Bakıda elektrik naqillərini oğurlayan şəxs yaxalandı

Hadisə Materials 16 İyul 2011 11:02 (UTC +04:00)
Bakıda elektrik naqillərini oğurlayan şəxs yaxalanıb.
Bakıda elektrik naqillərini oğurlayan şəxs yaxalandı

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Bakıda elektrik naqillərini oğurlayan şəxs yaxalanıb.

Trend-in Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, iyulun 12-nə keçən gecə Buzovna qəsəbəsi, A.Nemətulla küçəsində yaşayan Dəyanət Ağayevin evindən pəncərədən keçmə yolu ilə 1500 manat dəyərində, elə həmin gecə Buzovna qəsəbəsində yerləşən İmira Heydərovaya məxsus bağ evindən pəncərədən keçməklə 400 manat dəyərində elektrik naqilləri oğurlamış, əvəllər məhkum olunmuş Dəyanət Məmmədov iyulun 15-də Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Xəbər lenti

Xəbər lenti