...

Bakıda qadın sürücü ağır yol qəzası törədib

Hadisə Materials 19 İyul 2011 14:01 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb.
Bakıda qadın sürücü ağır yol qəzası törədib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb.

Trend-in çərşənbə axşamı Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də saat 17:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İlham Şərifovun idarə etdiyi "Mercedes" markalı və Fəridə Kazımovanın idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Şərifovun sərnişinləri, həmyerliləri Pəri Mustafayeva, Əfqan Mustafayev, Gülsüm Məmişzadə və onun qardaşı Nəriman, habelə Kazımovanın sərnişinləri Fərhad İsgəndərov və onun bacısı Aytac xəstəxanaya yerləşdiriliblər.

İsgəndərovun və Aytacın vəziyyətləri orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti