...

Dubaydan Bakıya külli miqdarda qanunsuz mobil telefon gətirmək istəyən şəxslər saxlanılıb

Hadisə Materials 6 Avqust 2011 12:31 (UTC +04:00)
Dubaydan Bakıya külli miqdarda qanunsuz mobil telefon gətirmək istəyən şəxslər saxlanılıb.
Dubaydan Bakıya külli miqdarda qanunsuz mobil telefon gətirmək istəyən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Dubaydan Bakıya külli miqdarda qanunsuz mobil telefon gətirmək istəyən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildirilib ki, bir qrup şəxsin Bakıdan Dubaya gedib, oradan yüksək dəyərli mobil telefonlar aldıqdan sonra Dubay-Moskva-Bakı tranzit aviamarşrutu ilə malları Azərbaycana gətirib, gömrük orqanına bəyan etməyərək, "yaşıl kanal" vasitəsi ilə gömrük sərhədindən qeyri-qanuni yolla keçirəcəkləri barədə DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

Həmin şəxslər Babayev Fuad Nazim oğlu və onun yaxın qohumu Cəfərov Nurəli Rauf oğludur. Əldə olunmuş məlumata əsasən, mobil telefonları respublikaya qeyri-qanuni yolla gətirmək üçün Bakıdan Dubaya gedən Babayev Fuad Nazim oğlu nəzarətə götürülüb.

Moskva-Bakı reysi ilə yaxın qohumu Cəfərov Nurəli Rauf oğlu ilə birlikdə gələn Babayev Fuad gömrük nəzarətindən "yaşıl kanal"dan keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq, mütləq bəyan olunası malların olub-olmadığı barədə şifahi sorğu-sual ediliblər. Gömrük bəyannaməsini təqdim etməyən və şifahi olaraq onlarda mütləq bəyan olunası malların olmadığını bildirəndən sonra, həmin sərnişinlərə əşyalarını "Rapiskan 628" markalı X-Ray aparatından keçirmək təklif olunub. HNBGİ-nin 2-ci sərnişin şöbəsinin əməkdaşı monitorda mobil telefonların təsvirlərini görəndən sonra müvafiq qanunvericiliyə uyğun olaraq Cəfərov Nurəlinin və Babayev Fuadın baqajlarına və əl yüklərinə gömrük baxışı keçirilib.

Cəfərov Nurəlinin çamadanından gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl nə yazılı, nə də şifahi formada bəyan olunmuş 70 ədəd "BlackBerry Pearl 9105" mobil telefonları və onlara aid qutular, digər çamadandan isə sellofan paketlərə qablaşdırılmış vəziyyətdə həmin telefonların aksessuarları aşkar edilib.

Cəfərov araşdırma zamanı 70 ədəd "BlackBerry Pearl 9105" mobil telefonların dayısı Babayevə məxsus olduğunu bildirib. Əvvəllər bir neçə dəfə Dubay şəhərindən Bakıya qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişlərini ödəmək şərti ilə mobil telefonlarını gətirdiyini etiraf edən Babayev izahatında qeyri-səmimilik göstərərək, sonuncu dəfə gətirilən kommersiya təyinatlı eyni malları gömrük orqanına bəyan etməkdən, vergi və rüsum ödənilməsindən xəbərsiz olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti