...

Bakı otellərindən birində yanğın baş verib

Hadisə Materials 6 Avqust 2011 21:05 (UTC +04:00)
Novxanı kəndi ərazisində yerləşən "AF Hotel" istirahət mərkəzində yanğın baş verib. Bu barədə hazırda qeyd olunan istirahət mərkəzində istirahət edən vətəndaşlardan biri məlumat verib.
Bakı otellərindən birində yanğın baş verib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Hacıyev/

Novxanı kəndi ərazisində yerləşən "AF Hotel" istirahət mərkəzində yanğın baş verib. Bu barədə hazırda qeyd olunan istirahət mərkəzində istirahət edən vətəndaşlardan biri məlumat verib.

Otelin Baş meneceri Trend-in əməkdaşı ilə söhbətində bildirib ki, yanğın işıq generatorlarından birində baş verən partlayış nəticəsində baş verib. Onun sözlərinə görə, yanğın böyük əraziyə yayılmayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın söndürülüb.

Xəbər lenti

Xəbər lenti