...

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 17 Avqust 2011 19:26 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib
Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Avqustun 17-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1985-ci il təvəllüdlü, 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rəhimov Faiq Mirkazım oğlunun yanına görüşə gəlmiş anası, vətəndaş Rəhimova Şamama Lazım qızının gətirdiyi sovqata baxış keçirilən zaman bibərin içərisindən sellofana bükülmüş, çəkisi 9 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti