...

Rusiyanın Perm diyarında qırıcı təyyarə qəzaya uğrayıb

Hadisə Materials 6 Sentyabr 2011 10:53 (UTC +04:00)
Çərşənbə axşamı MiQ-31 qırıcısı Perm diyarında qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb
Rusiyanın Perm diyarında qırıcı təyyarə qəzaya uğrayıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Çərşənbə axşamı MiQ-31 qırıcısı Perm diyarında qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

Regionun güc strukturlarındakı mənbə RİA Novosti-yə bildirib ki, təyyarə yerli vaxtla saat 06:48-də Permdəki hərbi aerodromdan havaya qalxıb, uçuşdan 4 dəqiqə sonra radar ekranlarından itib.

İlkin məlumatlara görə, təyyarə düşdüyü yerdə dağılıb, iki pilotun taleyi aydınlaşdırılır.

Regionun güc strukturlarındakı mənbə qeyd edib ki, yanan təyyarə Bulqarı kəndi yaxınlığında aşkar olunub. Qırıcı əkin yerinə düşüb, çevrilib və yanıb.

RF FHN-dən RİA Novosti-yə bildirilib ki, qırıcı təyyarə Böyük Savino aeroportunun 11 kilometrliyində qəzaya uğrayıb. "Təyyarənin qəzaya uğraması barədə məlumat Perm diyarı üzrə Böhran Vəziyyətlərinin İdarə edilməsi Mərkəzindən saat 08:55-də bildirlib. MiQ-31 uçuşdan dərhal sonra Bulqarı kəndi yaxınlığında yerə düşüb", - nazirliyin nümayəndəsi deyib.

Bu, Perm diyarında MiQ-31-in qəzaya uğraması ilə bağlı ilk hadisə deyil. 2010-cu ilin noyabrında belə qırıcı Böyük Savino aerodromunun şimal-şərqindən 60 kilometr kənarda qəzaya uğramışdı. O zaman təyyarəçilər katapult etməyə nail olmuşdular.

Bu arada RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi RİA Novosti-yə məlumat verib ki, bu gün Perm diyarında baş vermiş qəza ilə əlaqədar MiQ-31 təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılıb.

" Qəzanın səbəbləri araşdırılana qədər bu tip təyyarələrin uçuşları dayandırılıb", - o bildirib.

Xəbər lenti

Xəbər lenti