...

Təbrizdə İranın hərbi təyyarəsi qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 10 Sentyabr 2011 11:50 (UTC +04:00)
Təbrizdə yerli hava limanının yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Təbrizdə İranın hərbi təyyarəsi qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Təbrizdə yerli hava limanının yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verir.

Məlumata görə, pilot katapult etməyə imkan tapıb.

Hələ ki təyyarədə ikinci pilotun mövcudluğu və təyyarənin növü ilə bağlı məlumat yoxdur.

Şənbə günü səhər Təbriz rayonunda İran HHQ-nin "Vilayət-3" adlı təlimlərinin II mərhələsi başlayıb. Bu mərhələdə "Sayeğe", F-4 və F-5 qırıcıları, həmçinin S-130 taktiki hərbi nəqliyyat təyyarəsi də iştirak edir.

Təlim sentyabrın 6-da başlayıb.

Təlimlər son vaxtlar "Pejak" terror qruplaşmasına qarşı aparılmış hərbi əməliyyatların keçirildiyi İran-İraq sərhədi yaxınlığında keçirilir.

30 il ərzində ilk dəfədir ki, təlimlər müdafiə xarakterli olmaqla yanaşı, həm də xəbərdarlıq səciyyəsi daşıyır.

4 mərhələdən ibarət təlimlərdə "hava-hava", "hava-yer" tipli raketlərlə yanaşı, bəzi yüngül və ağır bombalar da sınaqdan keçiriləcək.

Xəbər lenti

Xəbər lenti