...

Dövlət Sərhəd Xidmətinin kiçik çavuşu ölüb

Hadisə Materials 14 Sentyabr 2011 18:13 (UTC +04:00)
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, DSX-nin Astara rayonu ərazisindəki hərbi hissəsində xidmət edən 1991-ci il təvəllüdlü Nağıyev Rövşən Təhmasib oğlu qayadan yıxılaraq ağır bədən xəsarətləri alıb.
Dövlət Sərhəd Xidmətinin kiçik çavuşu ölüb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidmətinin kişik çavuşu ölüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, DSX-nin Lənkəran sərhəd dəstəsində xidməti vəzifələrinio yerinə yetirərkən Nağıyev Rövşən Təhmasib oğlu qayadan yıxılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o sentyabrın 14-də Lənkəran rayon Hərbi Hospitalında vəfat edib.

Nağıyev 2010-cu ilin iyulunda İmişli rayon hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

Xəbər lenti

Xəbər lenti