...

Bakıda 34 yaşlı qadın qətlə yetirilib

Hadisə Materials 15 Sentyabr 2011 10:18 (UTC +04:00)
Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, qadın küçənin ortasında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Bakıda 34 yaşlı qadın qətlə yetirilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Səbail rayonunda 34 yaşlı qadın qətlə yetirilib.

Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, qadın küçənin ortasında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Sentyabrın 14-ü saat 22:30 radələrində Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 5 saylı evin qarşısında naməlum şəxs 34 yaşlı İradə Rzayevanı öldürüb.

Rzayevanın yaşlı tanışı Oqtay Nəcəfov tərəfindən mətbəx bıçağı ilə öldürüldüyü məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti