...

Azərbaycanda dünya çempionu bıçaqlanıb

Hadisə Materials 4 Oktyabr 2011 12:00 (UTC +04:00)
Əlbəyaxa döyüş növü üzrə dünya çempionu Bəhruz Çıraqov bıçaqlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər nazirliyindən məlumat verilib.
Azərbaycanda dünya çempionu bıçaqlanıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Əlbəyaxa döyüş növü üzrə dünya çempionu Bəhruz Çıraqov bıçaqlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər nazirliyindən məlumat verilib.

Oktyabrın 3-də Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qəsəbə sakini Elnur Mehtiyev şəxsi münasibətlər zəminində Abşeron rayon sakini Bəhruz Çıraqova çoxsaylı bıçaq xəsarəti yetirib və zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Mehtiyev yaxalanıb.

Bəhruz Çıraqov, həm də "Məhəmməd Əli" idman klubunun baş məşqçisidir.

Xəbər lenti

Xəbər lenti