Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı İstintaq Təcridxanasına növbəti dəfə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında təcridxanada saxlanılan, Cinayət Məcəlləsinin soyğunçuluq (180.1-ci) maddəsi ilə təqsirləndirilən Vüsal Nəsibova gətirilən sovqata baxış keçirilib.
Qohumu Natiq Həsənovun gətirdiyi sovqatda üz qırxmaq üçün istifadə olunan köpük qabının içərisində gizlədilmiş mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bir neçə gün öncə təcridxanaya aş qazanının içərisində 8 ədəd mobil telefon və narkotik vasitə keçirilməsinin qarşısı alınmışdı.