...

Türkiyənin cənub-şərqində baş verən partlayış nəticəsində altı nəfər, o cümlədən bir uşaq ölüb - TV

Hadisə Materials 18 Oktyabr 2011 19:04 (UTC +04:00)
Çərşənbə axşamı Türkiyənin cənub-şərqindəki Bitlis əyalətində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı altı nəfər dünyasını dəyişib.
Türkiyənin cənub-şərqində baş verən partlayış nəticəsində altı nəfər, o cümlədən bir uşaq ölüb - TV

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Çərşənbə axşamı Türkiyənin cənub-şərqindəki Bitlis əyalətində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı altı nəfər dünyasını dəyişib. Bu barədə Trend Türkiyənin TRT dövlət televiziyasına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, bomba Güroymaq qəzasında polis maşının keçidi zamanı uzaqdan idarəetmə vasitəsilə işə salınıb. Partlayış nəticəsində dörd polis və iki mülki vətəndaş, o cümlədən ikiyaşlı uşaq ölüb.

Hələki Türkiyədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Hökumət partlayışda separatçı Kürd Fəhlə Partiyasının (PKK) əli olduğunu güman edir.

PKK 25 ildən artıqdır ki, güc yolu ilə Türkiyənin cənub-şərqində muxtariyyət yaratmağa çalışır. Bu münaqişə 40 mindən çox insanın həyatına son qoyub.

Xəbər lenti

Xəbər lenti