...

Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi qəza enişi edib, xəsarət alan olmayıb

Hadisə Materials 26 Oktyabr 2011 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend müxbir T.Hacıyev, E.İsmayıov/

bmi şirkətinə məxsus, Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb. Bu barədə çərşənbə günü Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bir qədər əvvəl təyyarənin bu səbəbdən Heydər Əliyev Beynəlxalq Hava Limanına qəza enişi edəcəyi bildirilmişdi. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hazırlıq vəziyyətinə gətirilmişdi.

Hava Limanından Trend-ə bildiriblər ki, təyyarə artıq normal qəza enişi edib. Qəza enişi zamanı xəsarət alan olmayıb. Nasazlığa mühərriklərdən birinin xarab olması səbəb olub.

Xəbər lenti

Xəbər lenti