Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda külli miqdarda 100 və 50 manatlıq saxta əskinazlar aşkarlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Nizami RPİ Cinayət Axtarış Şöbəsi və Narkobizneslə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.Nuriyev küçəsində yaşayan Rac Süleymanovun mənzilindən 113 ədəd 100 manatlıq, 51 ədəd 50 manatlıq saxta əskinas və 29 qramdan artıq narkotik vasitə olan heroin, Sabunçu qəsəbəsi Aydınbəyov küçəsində yaşayan Saleh Salmanovun mənzilindən isə 14 ədəd 5 manatlıq, 7 ədəd 20 mantalıq saxta əskinas və 85 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda külli miqdarda 100 və 50 manatlıq saxta əskinazlar aşkarlanıb
Bakıda külli miqdarda 100 və 50 manatlıq saxta əskinaz aşkarlanıb
