...

Baş Prokurorluq: Bakıda silahlı insidenti törədənin şəxsiyyəti müəyyənləşib, onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

Hadisə Materials 21 Noyabr 2011 20:05 (UTC +04:00)
Bakıda silahlı insidenti törədənin şəxsiyyəti müəyyənləşib, onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq: Bakıda silahlı insidenti törədənin şəxsiyyəti müəyyənləşib, onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir B.Hacıyev/

Bakıda silahlı insidenti törədənin şəxsiyyəti müəyyənləşib, onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəzər rayon Prokurorluğu və rayon Polis İdarəsinin həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Buzovna qəsəbə sakini, 1965-ci il təvəllüdlü Rahib Rəsulov tərəfindən törədilməsi müəyyən edilib. Bu barədə bazar ertəsi Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Sultanov qeyd edib ki, Rəsulovun tutularaq istintaqa cəlb olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlkin ehtimala görə, Bakı şəhərində silahlı insident şəxsi münaqişə zəminində baş verib. Bu barədə bazar ertəsi Trend-ə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, ölən və yaralanan bir-birinin yaxın qohumu olub.

Güllə yarasından 33 yaşlı Bakı sakini, Maştağa qəsəbəsi, Mirzəliyev küçəsi, ev 122 ünvanında yaşayan Hikmət Əmiralı oğlu Babayev dünyasını dəyişib. 28 yaşlı Babayevin xalası oğlu Raci Zəkiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürməyə cəhd (29, 120.2.7.) maddəsi ilə cinayət işi açılıb.

Silahlı insident bu gün saat 13:30 radələrində rayonun Zuğulba qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində "Mercedes" markalı avtomobildə olan naməlum şəxslər iki nəfəri güllələyib.

Xəbər lenti

Xəbər lenti