Azərbaycan, Lənkəran, 22 noyabr /Trend, müxbir A.Salmanov/
Noyabrın 22-nə keçən gecə Lerik rayonunun Şivlə kəndində torpaq sürüşməsi baş verib.
Trend-in bölgə müxbirinin məlumatına görə, torpaq sürüşərək kənd arası yolu bağlayıb.
Nəticədə nəqliyyat vasitələrinin qonşu yaşayış məntəqələrinə hərəkətində məhdudiyyətlər yaranıb.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, torpaq sürüşməsi ilə bağlı lazımi işlər görülür.