Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı şəhərinin Qaradağ rayonunda Bakı-Tbilisi marşrutu ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu dünən dərinliyi, təxminən, 40-50 sm olan çalaya düşüb.
Trend-in cümə günü FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, avtobus xarab olub, sürücü və içərisində olan 42 sərnişin yolda köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sərnişinlərin avtobusdan düşməsinə kömək etmiş və onların təhlükəsiz yerə aparılmasını təşkil ediblərlər. Xilasedicilər, həmçinin, xarab olaraq yolda qalmış Bakı-Gəncə şəhərlərarası sərnişin avtobusunda köməksiz vəziyyətdə qalmış 4 nəfər vətəndaşa da zəruri köməklik göstəriblər.
Bakı-Tbilisi marşrutu ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu qəzaya uğrayıb
Bakı şəhərinin Qaradağ rayonunda Bakı-Tbilisi marşrutu ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu dünən dərinliyi, təxminən, 40-50 sm olan çalaya düşüb
