...

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb

Hadisə Materials 26 Noyabr 2011 12:58 (UTC +04:00)
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb. Bu barədə şənbə günü Trend-ə Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Amil Novruzov tutulub. Araşdırmalar nəticəsində onun noyabrın 4-də Buta qəsəbəsində Aydın Qəniyevə məxsus mağazadan da oğurluq etdiyi müəyyənləşib.

Qeyd edək ki, noyabrın 5-də naməlum şəxs Bakı-Salyan yolunda yerləşən yanacaqdoldurma məntəqəsinin operatoru Rəşad Cəbiyevi döyərək üstündə olan 365 manat pulu götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən quldurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti