...

Türkiyənin İzmir şəhərində zəlzələ olub

Hadisə Materials 5 Dekabr 2011 12:42 (UTC +04:00)
Türkiyənin İzmir şəhərində 5.1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı məlumat verib.
Türkiyənin İzmir şəhərində zəlzələ olub

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir R.Hafizoğlu/

Türkiyənin İzmir şəhərində 5.1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı məlumat verib. Baş verən zəlzələ nəticəsində ölən və xəsarət alanlar haqqında məlumat yoxdur. Zələlənin mərkəzi Egey dənizində olub.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Onun qurbanlarının sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Erdemit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti