...

Saxta əskinazlar istehsal edən qadın saxlanılıb

Hadisə Materials 12 Dekabr 2011 13:35 (UTC +04:00)
Saxta əskinazlar istehsal edən şəxs saxlanılıb.
Saxta əskinazlar istehsal edən qadın saxlanılıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Saxta əskinazlar istehsal edən şəxs saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 11-də Qazax rayonunun Düz Cırdaxan kənd sakini Vüqar Qasımov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün rayon ərazisindəki bazarda naməlum qadının ondan 2 baş qoyun aldığını və aldığı 260 manat pulun saxta olduğunu bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qasımova saxta pulları vermiş Tovuz şəhər sakini Turanə Cəfərova tutulub.

Ondan 4 ədəd 50, 10 ədəd 20 manatlıq saxta əsginazlar götürülüb.

Qadının evinə baxış zamanı 1 ədəd surətçıxaran aparat, 1 ədəd kağız kəsən bıçaq, xətkeş və kağızlar aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti