Azərbaycan, Bakı, 20 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Astarada iki nəfər dəm qazından boğulub.
Rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Astara şəhəri, Azərbaycan küçəsi, ev 96 ünvanında kirayədə yaşayan Astara şəhər sakini Elnarə Əhmədzadənin və rayonun Səncələdi kənd sakini Sahil Ağayevin hamamda meyitləri tapılıb.
Onların dəm qazından zəhərlənib öldükləri müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq (314.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Astarada iki nəfər dəm qazından boğulub
Astarada iki nəfər dəm qazından boğulub.
