...

İranda üç nəfər şallaqlanıb

Hadisə Materials 21 Dekabr 2011 10:47 (UTC +04:00)
Dünən İranın Şiraz şəhərinin mərkəzində əhalinin gözü qarşısında üç nəfər şallaqlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İranın İSNA xəbər agentliyi məlumat verir.
İranda üç nəfər şallaqlanıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir T.Cəfərov/

Dünən İranın Şiraz şəhərinin mərkəzində əhalinin gözü qarşısında üç nəfər şallaqlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İranın İSNA xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, üç nəfər spirtli içkilər içməkdə və nikahdan kənar münasibətdə olmaqda ittiham edilirlər. Həmin üç nəfərin hər birinə 74 şallaq vurulub.

Onlar barəsində şallaq zərbəsindən əlavə 10 il həbs və beş il sürgün hökmü də icra olunacaq.

Xəbər lenti

Xəbər lenti