...

Bakıda Şəmsi Bədəlbəyli küçəsində ağır yol qəzası törətmiş sürücüyə 6 il iş verilib

Hadisə Materials 27 Dekabr 2011 17:23 (UTC +04:00)
Bu ilin avqust ayında Bakıda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində ağır yol qəzası törətmiş sürücü 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bakıda Şəmsi Bədəlbəyli küçəsində ağır yol qəzası törətmiş sürücüyə 6 il iş verilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin avqust ayında Bakıda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində ağır yol qəzası törətmiş sürücü 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətov Trend-ə bildirib ki, məhkəmənin bu gün keçirilən iclasında yol qəzası törətmiş Nicat Məmmədzadəyə hökm elan olunub.

Bu il avqustun 22-də saat 18:00 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi "Hyundai XG 350" markalı və Nicat Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Sonradan "Mercedes" markalı avtomaşın yolun kənarında dayanmış Bakı şəhər sakini Amil Kərimova məxsus "VAZ-21015" markalı avtomaşına dəyib.

"Mercedes" markalı avtomaşının isə mühərrik hissəsində yanğın baş verib.

Qəza zamanı "Hyundai XG 350" markalı avtomaşının sürücüsü Babək Nəbiyev hadisə yerində ölüb.

Qəzanı törədərək hadisə yerindən qaçmış 19 yaşlı Nicat Ruzigar oğlu Məmmədzadə saxlanılıb.

Məmmədzadə Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (263.2-ci) və yol nəqliyyat hadisəsi yerindən qaçma (264-ci) maddəsi ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti