...

Azərbaycanda iki nəfər özünü asıb

Hadisə Materials 10 Yanvar 2012 10:46 (UTC +04:00)
Dünən Azərbaycanda iki nəfər özünü asıb
Azərbaycanda iki nəfər özünü asıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Dünən Azərbaycanda iki nəfər özünü asıb.

Lənkəran Rayon Prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 9-da Lənkəran rayon Bala-şürük kənd sakini 1989-cu il təvəllüdlü Əsgərov Çingiz Ağamirzə oğlu ağacdan özünü asaraq intihar edib.

Xaçmaz Rayon Prokurorluğundan isə verilən məlumata görə, Xaçmaz rayon Çığatay kənd sakini 1989-cu il təvəllüdlü İsmayılov Fuad Seyidağa oğlu yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti