Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan paytaxtında dələduzluqla məşğul olan şəxs saxlanılıb.
Bakının Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, vətəndaşların etibarından sui istifadə edərək dələduzluq edən 49 yaşlı Elşad Tağıyev 29-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Özünü "Gilan" Holdinqin əməkdaşı kimi təqdim edən Elşad Tağıyev ayrı-ayrı şəxslərin etimadını qazanaraq onların pulunu mənimsəməkdə təqsirli bilinir.
O, etimadını qazandığı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq onlara alçıpan gətirəcəyini vəd edib.
Tağıevin dələduzluq cinayətinə görə əvvəllər məhkum olunduğu bildirilir.