...

Salyan-Şirvan yolunda avtomobil aşıb, iki nəfər ölüb

Hadisə Materials 11 Yanvar 2012 10:40 (UTC +04:00)
Salyan-Şirvan yolunda avtomobil aşıb, iki nəfər ölüb.
Salyan-Şirvan yolunda avtomobil aşıb, iki nəfər ölüb

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Salyan-Şirvan yolunda avtomobil aşıb, iki nəfər ölüb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, dünən saat 12:25 radələrində Salyan-Şirvan yolunun 6-cı kilometrliyində "Mercedes" markalı avtomobil dərəyə aşıb.

Nəticədə sürücü 1983-cü il təvəllüdlü Fuad Nəsirov və sərnişini 1989-cu il təvəllüdlü İlkin Xandəmirov hadisə yerində keçinib.

İlkin məlumata görə, qəza avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Xəbər lenti

Xəbər lenti