...

FHN Bakı Avropa Liseyinin qarşısında baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 12 Yanvar 2012 12:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi dünən Bakı Avropa Liseyinin qarşısında baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb
FHN Bakı Avropa Liseyinin qarşısında baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi dünən Bakı Avropa Liseyinin qarşısında baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda "Kamaz" markalı yük avtomobili, "Isuzu" markalı avtobus, "QAZ", "Nissan", "Mazda", "VAZ", "Azsamand", "Mercedes", habelə 2 ədəd "Toyota" və 2 ədəd "Hyundai" markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qeyd olunmuş nəqliyyat vasitələri zədələnib, avtomobildə olan 2 nəfər xəsarət alıb, yaxınlıqdan keçən qaz borusunun zədələnməsi səbəbindən qaz sızması yaranıb.

Xilasedicilər qaz sızması ilə əlaqədar aidiyyəti idarənin nümayəndələrinin hadisə yerinə çağırılmasını təmin edib.

Xəbər lenti

Xəbər lenti